SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Qəbələ, Oğuz və İsmayıllı rayonlarının təhsil işçiləri ilə görüş
Mayın 17-də Qəbələ, Oğuz və İsmayıllı rayon təhsil şöbələrinin cari tədris ili üzrə fəaliyyətinə dair hesabat yığıncağı keçirilib.
Tədbirdə Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov, Qəbələ, Oğuz və İsmayıllı rayonlarının təhsil şöbələrinin müdirləri və təhsil işçiləri iştirak ediblər.
Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva çıxış edərək “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində həyata keçirilən tədbirlərdən danışıb, son illərdə bu sahədə əldə olunan nailiyyətləri diqqətə çatdırıb. Nazir müavini bildirib ki, təhsil sisteminin inkişafı ilk növbədə onun aparıcı hissəsini təşkil edən ümumtəhsil məktəblərindən asılıdır.
Məktəbəqədər hazırlıq qruplarının əhəmiyyətindən söz açan Məhəbbət Vəliyeva deyib ki, tam orta təhsilin təmayülləşdirilməsi zamanı aşağı siniflərdən şagirdlərin yaradıcılıq qabiliyyəti müəyyən edilməli, onların maraq və bacarıqları nəzərə alınmalı, eləcə də fənlərin məzmunu təkmilləşdirilməlidir.
Nazir müavini şagirdlərin milli ruhda tərbiyə edilməsi, məktəb-şagird-valideyn əlaqələrinin möhkəmləndirilməsi və pedaqoji əməkdaşlığın gücləndirilməsinin təhsil müəssisələrinin qarşısında duran vəzifələrdən biri olduğunu diqqətə çatdırıb. Bildirilib ki, şagirdlərin olimpiada uğurlarının artırılması istiqamətində təhsil müəssisələri tərəfindən müvafiq işlər görülməlidir.
Hesabat yığıncağında təhsil sahəsində prioritet məsələlər üzrə görüləcək işlərə toxunan Məhəbbət Vəliyeva bununla bağlı bir sıra göstəriş və tövsiyələrini verib.
Daha sonra Qəbələ, Oğuz və İsmayıllı rayonlarının təhsil şöbələrinin müdirləri tərəfindən təhsil müəssisələrinin 2018-2019-cu tədris ili ərzində fəaliyyətinə dair hesabat təqdim olunub.
6 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl