SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Aprelin 21-də təhsil naziri Misir Mərdanov Türkiyə Respublikası Okan Universitetinin rektoru Sadık Kırbaşın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonaqları səmimi salamlayan nazir Azərbaycanla Türkiyə arasındakı münasibətlərdən, qarşılıqlı əlaqələrin inkişafından və təhsil sahəsində də geniş əməkdaşlığın yaradıldığından söz açıb. Nazir bu əlaqələr çərçivəsində tələbə mübadiləsinin də mühüm əhəmiyyət daşıdığını, azərbaycanlı gənclərin Türkiyə universitetlərində, türkiyəli vətəndaşların isə ölkəmizin ali məktəblərində müxtəlif ixtisaslar üzrə təhsil aldığını xüsusi qeyd edib.
Okan Universitetinin rektoru Sadık Kırbaş bu görüşdən məmnunluğunu ifadə edib, ikitərəfli təhsil əlaqələrinin daha da inkişaf etdirilməsindən, mövcud sahədə müvafiq işlərin həyata keçirilməsindən danışıb. Qonaq, eyni zamanda, rəhbəri olduğu təhsil ocağı haqqında məlumat verib.
Sonra qonaqlar Bakıdakı bir sıra liseylərdə olduqlarından, burada yaradılan şəraitdən danışıb, müəllimlərin fəaliyyətini yüksək qiymətləndiriblər.
Görüşdə universitetlərarası əməkdaşlığın yaradılması, müəllim-tələbə mübadiləsinin aparılması və digər bu kimi məsələlər üzrə fikir mübadiləsi aparılıb.
Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç və səfirliyin təhsil üzrə müşaviri Halis Koyuncuoğlu görüşdə iştirak ediblər.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl