SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
“Təhsil Menecerlərinin Peşəkar İnkişafı” layihəsi üzrə müsabiqənin I mərhələsi başa çatıb
Təhsil sahəsində insan resurslarının inkişaf etdirilməsi və müasirləşdirilməsi məqsədilə bu sahədə işləyən və ya gələcəkdə çalışmaq arzusunda olan şəxslərin Təhsil Nazirliyinin tabeliyində olan qurumlarda bir il müddətinə təcrübə proqramına və təlimlərə cəlb olunması üçün müsabiqənin I mərhələsi başa çatıb.
Müsabiqədə iştirak etmək üçün 744 nəfər qeydiyyatdan keçib. Müraciət edənlərdən 230 nəfər Bakı şəhəri və Abşeron rayonu, 514 nəfər isə digər bölgələrdə işləyən təhsil işçiləridir. Qeydiyyatdan keçən namizədlərin məlumatları araşdırılıb və 403 nəfər növbəti mərhələdə iştirak etmək hüququ əldə edib.
Növbəti mərhələnin iyun ayında keçirilməsi nəzərdə tutulur. Həmin mərhələdə namizədlərin məntiqi bilik və bacarıqları yoxlanılacaq. Namizədlərin nəticələri ilə bağlı məlumatlar onların müraciət formasında qeyd etdikləri elektron poçt ünvanlarına göndəriləcək.
Qeyd edək ki, müsabiqə “Təhsil Menecerlərinin Peşəkar İnkişafı” layihəsi çərçivəsində keçirilib. Layihənin əsas məqsədi müasir idarəetmə bacarıqlarına yiyələnmiş, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək təhsil işçilərini yetişdirmək və onların peşəkar inkişafına dəstək olmaqdır.
6 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl