SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Aprelin 20-də akademik Zərifə Əliyeva adına məktəbdə ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə ümumtəhsil məktəblərinin şagirdləri arasında təşkil olunan inşa müsabiqəsinin yekun mərhələsi keçirilib.
Müsabiqənin təntənəli açılış mərasimində təhsil naziri Misir Mərdanov, Yeni Azərbaycan Partiyası sədrinin müavini Əli Əhmədov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev iştirak edib.
Təhsil naziri Misir Mərdanov ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş inşa yazı müsabiqəsinin keçirilməsinin artıq bir ənənəyə çevrildiyini qeyd edib. Nazir məktəblilərin bu müsabiqələrə böyük maraq və həvəs göstərməsini əlamətdar bir hal kimi dəyərləndirib və ilk mərhələdə yarım milyona yaxın şagirdin iştirakı, onlardan 97 nəfərin respublika mərhələsinə vəsiqə qazandığı barədə məlumat verib. Nazir bildirib ki, müsabiqədə ölkəmizin ayrı-ayrı rayon və şəhərlərinin, eləcə də Bakının ümumtəhsil məktəblərinin, Təhsil Nazirliyinin tabeliyində olan, ali məktəblərin nəzdində fəaliyyət göstərən lisey və gimnaziyaların, özəl orta məktəblərin və peşə liseylərinin yuxarı sinif şagirdləri iştirak edib.
Misir Mərdanov inşa yazmaq üçün iştirakçılara 3 saat vaxt verildiyini, yazıların bir neçə gün ərzində mütəxəssislər tərəfindən yoxlanıldıqdan sonra qaliblərin müəyyənləşəcəyini bildirib. Nazir müsabiqəyə ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının ildönümü ərəfəsində yekun vurulacağını, bu münasibətlə “Gülüstan” sarayında keçiriləcək təntənəli mərasimdə qaliblərə mükafat və hədiyyələrin təqdim olunacağını və ən yaxşı işlərin toplu şəklində nəşr ediləcəyini də diqqətə çatdırıb. Çıxışının sonunda Misir Mərdanov müsabiqə iştirakçılarına uğurlar arzulayıb.
Sonra müsabiqənin respublika mərhələsinin mövzusu elan edilib və məktəblilər “Ulu öndər Heydər Əliyevi düşünərkən…” adlı inşa yazmağa başlayıblar.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl