SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin rəqs qrupları Türkiyədə
Təhsil Nazirliyinin 2 və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzlərinin bədii özfəaliyyət kollektivləri Türkiyənin Samsun, Ankara, İzmit və İstanbul şəhərlərində keçirilən 23 aprel- Beynəlxalq Uşaq Şənliklərində ölkəmizi layiqincə təmsil ediblər.
Proqram çərçivəsində Prezident iqamətgahında təşkil olunan 41-ci TRT Beynəlxalq Uşaq Festivalına qatılan 40 ölkənin rəqs qrupları milli rəqslərini nümayiş etdiriblər. 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin qrup üzvlərinin rəqsləri tamaşaçılar tərəfindən alqışlanıb.
Sonda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərini təbrik edib, onlarla xatirə şəkli çəkdirib.
3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Çiçəyim” uşaq teatrı və “Azəri inciləri” rəqs qrupu 20 ölkə təmsilçilərinin iştirak etdiyi Beynəlxalq İstanbul - Ataşəhər Uşaq Festivalında uğurla çıxış edib. Rəngarəng çıxışlarına görə dərnək üzvlərinə diplom və hədiyyələr təqdim olunub.
6 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl