• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Bakı Gəmiqayırma Zavoduna tur təşkil olunub

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) təşəbbüsü ilə 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Gəmi Modelçiliyi” dərnək üzvləri üçün Qaradağ rayonunda yerləşən Bakı Gəmiqayırma Zavoduna tur təşkil olunub.

Turun təşkil olunmasında məqsəd məktəblilərin dənizçilik və gəmiqayırma sahəsinə marağın artırılmasından ibarətdir.

Gəmi modelçiləri əvvəlcə ərazini gəzib, müasir tipli tərsanə ilə tanış olub və  gəmilərin inşa prosesini yaxından izləyiblər. Dərnək üzvlərinə zavodda tikilməkdə olan gəmilər barədə məlumat verilib.

Tur çərçivəsində təchizat və yerləşdirmə mühəndisi Niyazi Bayramov tərəfindən iştirakçılara təlim keçirilib. Gəmi modelçilərini maraqlandıran suallar cavablandırılıb.

Sonda gəmi tikintisini əks etdirən videoçarx nümayiş etdirilib.  

Qeyd edək ki, birgə əməkdaşlıq çərçivəsində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC tərəfindən dərnək üzvlərinə müxtəlif hədiyyələr təqdim olunub.


6 il əvvəl