• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“Gənc riyaziyyatçıların intellekt müsaqibəsi” keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində akademik Azad Mirzəcanzadənin xatirəsinə həsr olunmuş “Gənc riyaziyyatçıların intellekt müsabiqəsi”nin final mərhələsi keçirilib.

2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Məntiqi riyaziyyat” dərnəyinin üzvləri arasında 2 yaş qrupu (10-11 və 12-14 yaş qrupları) üzrə keçirilən müsabiqəyə 100-ə yaxın məktəbli qatılıb.

Müsabiqənin sonunda I, II, III yerlərin qalibləri diplom və hədiyyələrlə, fərqlənən dərnək üzvləri isə fəal iştirakına görə diplomla təltif olunublar.

Tədbirdə Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin sektor müdiri Qeyrət Şirəliyev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin prorektoru Ata Babayev, həmin universitetin və 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin  əməkdaşları iştirak edib.


6 il əvvəl