• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil naziri Çində azərbaycanlı tələbələrlə görüşüb

Aprelin 26-da Təhsil naziri Ceyhun Bayramov Azərbaycanın Çin Xalq Respublikasındakı səfirliyində bu ölkədə təhsil alan azərbaycanlı tələbələrlə görüşüb. Görüşdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı iştirak edib.

Görüş zamanı xaricdə təhsil alan gənclərə xüsusi diqqət göstərildiyini vurğulayan Təhsil naziri tələbələrin hər birinin ölkəmizi layiqincə təmsil edəcəyinə ümidvar olduğunu bildirib, həmçinin ölkələrimiz arasında təhsil sahəsində əlaqələrin inkişafından danışıb.

Daha sonra Ceyhun Bayramov tələbələri maraqlandıran sualları cavablandırıb.

“Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında 2016-2019-cu illər üçün təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən, hazırda 53 azərbaycanlı tələbə müxtəlif ixtisaslar üzrə Çinin ali təhsil müəssisələrində, 108 Çin vətəndaşı isə Azərbaycanın ali məktəblərində  təhsil alır.


6 il əvvəl