SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Təhsil naziri Çinə səfər edib
Aprelin 25-də Təhsil naziri Ceyhun Bayramov Çin Xalq Respublikasının Pekin şəhərində keçirilən ikinci “Bir Kəmər, Bir Yol” Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak edib. Təhsil naziri proqram çərçivəsində təşkil olunan “Xalqlar arasında əlaqələr” adlı tematik forumda çıxış edib.
Çıxış zamanı Təhsil naziri Ceyhun Bayramov “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”ndan irəli gələn təhsilin bütün sahələrində aparılan islahatlar, 2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramının qarşıya qoyduğu məqsəd və vəzifələr, BMT-nin Davamlı İnkişaf Məqsədlərinə nail olmaq üçün təhsil sahəsində görülən tədbirlər, o cümlədən təhsil sahəsində iki ölkə arasında həyata keçirilən əməkdaşlıq haqqında tədbir iştirakçılarına məlumat verib.
Sözügedən tematik forumda BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Miqel Anqel Moratinos, UNICEF-in icraçı direktoru Henrietta Fore, Mozambik Respublikasının prezidenti Filipe Nyusi, Myanma İttifaqı Respublikasının dövlət müşaviri Su Kyi və Serbiya Respublikasının prezidenti Aleksandar Vuçiç də çıxış edib.
6 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl