SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Aprelin 19-da Təhsil Nazirliyində “Ən yaxşı müəllim” müsabiqəsi iştirakçılarının sınaq dərslərini qiymətləndirəcək ekspertlərlə görüş keçirilib.
Görüşdə təhsil naziri Misir Mərdanov bildirib ki, “Ən yaxşı müəllim” müsabiqəsinin keçirilməsində əsas məqsəd ümumi təhsil müəssisələrində çalışan yaradıcı müəllim potensialını üzə çıxarmaq, novatorluğu, uğurlu nəticələri ilə fərqlənən istedadlı müəllimləri müəyyən etmək və cəmiyyətdə müəllimin nüfuzunun yüksəlməsinə nail olmaqdır. Nazir bu müsabiqədə iştirak etmək üçün sənəd verən müəllimlərin sayının ilbəil artdığını vurğulayıb.
Sonra Misir Mərdanov “Ən yaxşı müəllim” müsabiqəsi üzrə sınaq dərslərinin keçirilməsi üçün Bakı şəhərində 26 təhsil müəssisəsinin müəyyənləşdirildiyini, artıq bu istiqamətdə bir sıra işlərin reallaşdırıldığını diqqətə çatdırıb. İştirakçıların sayından asılı olaraq bəzi fənlər üzrə bir neçə ekspert komissiyası yaradıldığını qeyd edən nazir bu komissiyaların əksəriyyətinin tərkibinin 3 nəfərdən ibarət olduğunu bildirib. Nazir əlavə edib ki, sınaq dərsləri ötən il olduğu kimi, bu il də 12 meyarla və onların hər biri maksimim 10 balla qiymətləndiriləcək. Sınaq dərslərində iştirak edəcək ekspertlərə obyektivliyin təmin olunması, ədalətlilik prinsipinin qorunması və işə məsuliyyətlə yanaşılmasının mühüm şərt olduğunu xatırladan Misir Mərdanov, eyni zamanda, onlara öz tapşırıq və tövsiyələrini də verib.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl