SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Məktəblilərimiz beynəlxalq olimpiadaya hazırlıq təlimlərində
Azərbaycanlı şagirdlər 30-cu Beynəlxalq Biologiya Olimpiadasına hazırlıq proqramı çərçivəsində Tehran Universitetinin nəzdində təşkil olunan təlimlərdə iştirak edirlər.
Aprelin 26-dək davam edəcək təlimlərdə şagirdlərimiz həm nəzəri, həm də praktiki biliklərini təkmilləşdirəcəklər. Peşəkar müəllimlər tərəfindən keçirilən hazırlıq təlimlərində şagirdlərə laboratoriyada maddələrlə davranmaq, kimyəvi və bioloji əməliyyatları icra etmək qaydaları öyrədiləcək. Bundan əlavə, iştirakçılara biokimya, heyvan, bitki fiziologiyası, hüceyrə biologiyası və genetika ilə bağlı yeni məlumatlar veriləcək.
Qeyd edək ki, Azərbaycan məktəblilərinin beynəlxalq fənn olimpiadalarında nailiyyətlərinin artırılması, şagirdlərin hazırlıq prosesinin təkmilləşdirilməsi istiqamətində müxtəlif ölkələrin ali məktəbləri ilə sıx əməkdaşlıq çərçivəsində onların elmi-praktiki bazasından və müəllim-professor heyətinin təcrübəsindən istifadə olunur.
6 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl