• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Heydər Əliyev Mərkəzində “Fərqli Fərdlər” konqresi keçirilir

Aprelin 6-da Heydər Əliyev Mərkəzində fərqli inkişaf özəllikləri olan uşaqlara həsr olunan 1-ci “Fərqli Fərdlər” konqresi keçirilir. Konqresin təşkilatçıları “CEO” şirkəti (ceo.az), Famtram.az ailə portalı, Edutainment.az təhsil strukturudur.

Konqresin məqsədi ictimaiyyətin diqqətini fərqli özəllikləri olan uşaqların inkişafına və təlim-tərbiyəsinə yönəldərək valideynlər, mütəxəssislər və pedaqoqlar arasında dialoq qurmaq və inklüziv cəmiyyətin dövlət tərəfindən müəyyənləşdirilmiş inkişaf təmayülünü dəstəkləməkdir.

Konqresdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, təhsil nazirinin müavini İdris İsayev, Heydər Əliyev Fondunun Beynəlxalq Əlaqələr Departamentinin rəisi Soltan Məmmədov, BP-nin əlaqələr, xarici işlər, strategiya və region üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli uşaq hüquqlarının qorunmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edib, xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə vaxtında və düzgün inteqrasiyası, təhsil alması, bilik və bacarıqlarının artırılması, sağlamlıqlarının mühafizəsi, onlar arasında xüsusi qabiliyyətə malik olanların aşkarlanması sahəsində görülmüş işlərdən danışıblar. Bildirilib ki, ölkəmizdə hər bir uşağa bərabər hüquqların yaradılması üçün ciddi islahatlar aparılır. Çıxış edənlər təmsil etdikləri qurumların xüsusi qayğıya ehtiyacı olan uşaqlara həsr etdiyi layihələr barəsində məlumat veriblər.

Tədbir “Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə keçirilir.

Konqresin baş tərəfdaşı qismində BP çıxış edir. Tədbir Shokki Mokki brendi, həmçinin “Halliburton”, “ACE Group Consultants”, “Art Trio”, “Credo” və “CTS Translation” şirkətləri tərəfindən dəstəklənir. Təşkilati dəstək “Birgə və Sağlam” İctimai Birliyi tərəfindən göstərilir.

 

AZƏRTAC


7 il əvvəl