• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Kimya, biologiya və informatika fənləri üzrə final turu

İyunun 4-də kimya, biologiya və informatika fənləri üzrə fənn olimpiadalarının respublika mərhələsinin final turu keçirilib. Fizika, riyaziyyat və informatika təmayüllü liseydə kimya və biologiya fənləri üzrə, ADA universitetində isə informatika fənni üzrə final turu baş tutub.

 

Final turunda müvafiq olaraq kimya fənni üzrə 75, biologiya fənni üzrə 73, informatika fənni üzrə isə 77 şagird iştirak edib.

 

İnformatika fənni üzrə final turunda iştirak edən təhsil nazirinin müavini Firudin Qurbanov olimpiadanın şagirdlərə sağlam rəqabət prinsipləri əsasında bilik və bacarıqlarını nümayiş etdirmələri üçün imkan yaratdığını xatırladıb və iştirakçılara uğurlar arzulayıb.

 

 Respublika fənn olimpiadalarının final turunun nəticələri yoxlama və münsiflər heyətinin iştirakı ilə yazı işlərinə baxış prosesindən sonra elan olunacaq.

 

Respublika fənn olimpiadalarının təşkilat komitəsi bütün şagirdlərə uğurlar arzulayır.

 

Qeyd edək ki, respublika fənn olimpiadaları "Kapital Bank"ın sponsorluğu ilə həyata keçirilir.


3 il əvvəl