SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
May ayı üçün tanınma üzrə müraciətlərin statistikası
Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən may ayı üçün tanınma üzrə edilən müraciətlərin statistikası açıqlanıb. Belə ki, may ayında icrası 16 gün ərzində tamamlanan 258 müraciətçinin 193-ü barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 65 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.
Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 40, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 16, qeyri-ənənəvi təhsil formasında təhsil alması səbəbi ilə 6, digər səbəblər üzrə 3 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.
Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiyadan 70, Türkiyədən 66, Ukraynadan 66, Gürcüstandan 21, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 14, digər ölkələrdən isə 21 müraciətin olduğu müşahidə olunub.
Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 33, iqtisadiyyat üzrə 20, menecment üzrə 16, biznesin idarə edilməsi üzrə 11, stomatologiya üzrə 10 nəfər müraciətçi qeydə alınıb.
Əlavə olaraq, vətəndaşların Təhsildə Keyfiyyət Təminatı Agentliyinin internet səhifəsinin (www.tkta.edu.az) "Mütəmadi verilən suallar” bölməsi ilə tanış olmaları tövsiyə olunur.
3 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
3 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
3 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
3 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
3 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
3 il əvvəl