• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil naziri Milli Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüşüb

İyunun 3-də təhsil naziri Emin Əmrullayev Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə ilə görüşüb. 

 

Görüş zamanı tərəflər arasında son illər daha da aktivləşən əməkdaşlığın davam etdirilməsi xüsusilə vurğulanıb.  

 

Emin Əmrullayev uğurlu əməkdaşlığın nəticəsi olaraq birgə layihələrin hazırlanması və icrasında Təhsil Nazirliyinin maraqlı olduğunu bildirib və əlavə edib ki, görülən işlərə dəstək olmaq nazirliyin əsas fəaliyyət istiqamətlərindən biridir. 

 

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə öz növbəsində bildirib ki, Təhsil Nazirliyi ilə 2010-cu ildən başlayan aktiv əməkdaşlığın 2019-cu ildə nəinki ölkə, hətta Avropa səviyyəli Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ilə başa çatması ölkə əhəmiyyətli uğur oldu. 

 

Görüşdə tərəflər qarşılıqlı əməkdaşlıqdan irəli gələn bir sıra vacib məsələləri müzakirə ediblər.


3 il əvvəl