• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Yubiley tədbiri keçirilib

İyunun 3-də Təhsil İnstitutunun direktor müavini Ənvər Abbasovun 70 illik yubileyi ilə bağlı tədbir keçirilib. Tədbir Təhsil Nazirliyi və Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.

 

Tədbirdə çıxış edən təhsil naziri Emin Əmrullayev Ənvər Abbasovun təhsilin inkişafına verdiyi töhfələrlə yanaşı, Azərbaycanda təhsil islahatları, xüsusilə kurikulum sahəsində göstərdiyi xidmətləri xüsusi vurğulayıb. Nazir Ənvər Abbasovu təbrik edərək fəaliyyətində uğurlar arzulayıb.

 

Təhsil İnstitutunun direktoru Rüfət Əzizov da öz növbəsində Ənvər Abbasovun Azərbaycan pedaqoji fikrinin formalaşmasında və təhsil islahatlarının həyata keçirilməsində  əvəzsiz xidmətləri haqqında çıxış edib.

 

Sonda çıxış edən Ənvər Abbasov tədbirin təşkilatçılığına görə təşəkkürünü ifadə edib.


3 il əvvəl