SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Peşə təhsili müəssisələrinə direktor müavinlərinin müsahibələrinə başlanılıb
İyunun 3-dən etibarən peşə təhsili müəssisələrinə direktor müavinlərinin mərkəzləşdirilmiş işə qəbulunun müsahibə mərhələsinə başlanılıb. Bu mərhələdə ümumilikdə 77 namizəd iştirak hüququ əldə edib. Müsahibəyə qatılacaq namizədlərə müraciət formasında qeyd edilən əlaqə nömrəsi vasitəsilə müsahibə zamanı və məkanı barədə məlumatlar əvvəlcədən təqdim edilir.
Namizədlər tələb olunan tarixdə şəxsi işlərini (diplom(lar) və ona əlavə(lər), xaricdə təhsil alanlar diplomla yanaşı təhsil sənədlərinin tanınmasına dair şəhadətnamə və şəxsiyyət vəsiqəsini müsahibə komissiyasına təqdim etməlidirlər.
Qeyd edək ki, iyunun 15-dək davam edəcək müsahibə mərhələsi zamanı namizədlərin peşəkar kompetensiyaları, idarəetmə bacarıqları və ümumi dünyagörüşü qiymətləndiriləcək.
3 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
3 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
3 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
3 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
3 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
3 il əvvəl