SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Melburn Universitetinin professoru "Yeni çağırışlar"da
4 iyun saat 19:00-da “Yeni çağırışlar” onlayn müzakirə proqramının növbəti buraxılışı yayımlanacaq. Proqramın budəfəki qonağı Melburn Universitetinin təhsildə liderlik üzrə professoru, Miçiqan Dövlət Universitetinin Təlim və Texnologiya Mərkəzinin qurucu direktoru Yonq Jao olacaq. Yonq Jao ilə uğurlu təhsil təcrübələri barədə danışılacaq.
Dünyada nüfuzlu alimlərdən biri kimi tanınan, Kanzas Universitetinin qabaqcıl professoru Yonq Jao Oregon Universitetinin Təhsil Kollecində sədr, Qlobal və Onlayn Təhsil İnstitutunun direktoru vəzifələrində çalışıb. Daha əvvəl Miçiqan Dövlət Universitetinin Təhsil Kollecində professor kimi fəaliyyət göstərib. Burada Öyrənmə və Texnologiya Mərkəzinin qurucu direktoru, Konfutsi İnstitutunun və eyni zamanda ABŞ-Çin Təhsil Mükəmməlliyi üzrə Tədqiqat Mərkəzinin icraçı direktoru olub. Bir sıra qlobal mükafatlar laureatı Yonq Jao Milli Təhsil Akademiyasının və Beynəlxalq Təhsil Akademiyasının görkəmli üzvüdür. Tədqiqatları qloballaşma və texnologiyanın təhsil sahəsindəki təsirlərinə yönələn professor 30-dan çox kitabın müəllifidir.
Qeyd edək ki, Təhsil Nazirliyinin dəstəyi və “T-Network” platformasınının təşkilatçılığı ilə davam edən proqram Təhsil Nazirliyinin rəsmi feysbuk səhifəsi üzərindən Azərbaycan dilinə tərcümə ilə canlı yayımlanacaq.
3 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
3 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
3 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
3 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
3 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
3 il əvvəl