• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Respublika çempionatının basketbol idman növü üzrə qalibi açıqlanıb

27-28 fevral 2019-cu il tarixlərində “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən məktəblər arasında respublika çempionatının basketbol idman növü üzrə final mərhələsinə yekun vurulub. Çempionatın proqramına uyğun olaraq final mərhələsində zona yarışlarında I və II yeri tutan 12 komanda mübarizə aparıb. Yarışların nəticəsi olaraq I yeri Bakı şəhəri 269 nömrəli, II yeri Gəncə şəhəri 19 nömrəli tam orta məktəblərin, III yeri Bakı şəhəri 160 nömrəli Klassik Gimnaziyanın komandası tutub. Qalib məktəb komandası Yunanıstanın Heraklion şəhərində keçiriləcək məktəblərin dünya çempionatında ölkəmizi təmsil etmək hüququ qazanıb.

Qeyd edək ki, müxtəlif idman növləri üzrə məktəblər arasında respublika çempionatı 26 sentyabr 2018-ci il tarixində Təhsil, Gənclər və İdman Nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyası tərəfindən imzalanmış birgə əmrə əsasən keçirilir. 2018-ci ilin oktyabr ayından başlanılan basketbol idman növü üzrə yarışlarda 1442 orta məktəb üzrə 70 minə yaxın şagird iştirak edib.


7 il əvvəl