• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Bakı şəhəri üzrə vakant direktor vəzifələrinə namizədlər müəyyənləşir

Fevralın 28-də Təhsil Nazirliyinin birbaşa tabeliyində olan  (Bakı şəhərində yerləşən) və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil məktəbi, lisey və gimnaziyaların direktor müavinləri və müəllimləri üçün keçirilən təlimlərdə uğur qazanan müdavimlərlə müsahibələrə başlanılıb.

Təlim iştirakçıları təhsili idarəetmənin hüquqi əsasları, statistika və təhlil, təhsildə keyfiyyətin, maliyyənin idarəolunması və digər mövzular üzrə bilik, bacarıqlarını artırmaq imkanı əldə ediblər.

Təlimlərdə iştirak etmiş müdavimlərin yekun qiymətləndirilməsinin nəticələrinə əsasən, keçid balını toplamış 27 nəfər şəxs növbəti mərhələdə – müsahibədə iştirak etmək hüququ qazanıb.

Martın 1-dək davam edən müsahibədə uğur qazanmış şəxslər Bakı şəhəri üzrə vakant direktor vəzifələrinə namizəd kimi müəyyənləşəcəklər.


7 il əvvəl