• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Tvinninq layihəsi çərçivəsində Litva və Latviyaya səfər

Avropa İttifaqının “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” adlı Tvinninq layihəsi çərçivəsində Litva və Latviyaya təlim səfəri təşkil olunub.

Təlim səfərində Təhsil Nazirliyini və 3 ali təhsil müəssisəsini (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti və Sumqayıt Dövlət Universiteti) təmsil edən 7 nəfərdən ibarət nümayəndə heyəti iştirak edib.

Səfərin məqsədi kompetensiyalara əsaslanan təhsil proqramlarının hazırlanması, təlim nəticələrinin işlənməsi və ümumilikdə ali təhsil sisteminin Bolonya kontekstində inkişafı sahəsində həmin ölkələrdə mövcud təcrübə ilə yaxından tanışlıqdır.

Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Litvanın Təhsil, Elm və İdman Nazirliyi, Ali Təhsildə Keyfiyyətin Qiymətləndirməsi Mərkəzi, Vilnüs Universiteti və Vilnüs Gediminas Texniki Universitetində görüşlər keçirib, kompetensiyalara əsaslanan təhsilin həyata keçirilməsi sahəsində mövcud olan çətinliklər və əldə olunmuş nailiyyətlər barədə öz həmkarları ilə fikir mübadiləsi aparıblar.

Bundan başqa, nümayəndə heyətinin üzvləri Latviyanın Təhsil və Elm Nazirliyinə səfər edib, peşə, dövlət ali təhsil standartlarının kompetensiyalara əsaslanan yanaşmanı nəzərə almaqla işlənib hazırlanması sahəsində Latviya təcrübəsi ilə tanış olublar. Riqa Texniki Universiteti və Latviya Universitetinə səfər zaman isə kompetensiyalara əsaslanan yanaşmanın pedaqoji, texniki və təbiət elmləri üzrə təhsil proqramlarında tətbiqi ilə bağlı Latviya təcrübəsi öyrənilib.


7 il əvvəl