SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Təhsil naziri UFAZ-ın məzunlarına diplomları təqdim edib
Mayın 5-də Azərbaycan-Fransız Universitetinin (UFAZ) ilk məzunlarına diplomların təqdim edilməsi mərasimi keçirilib.
Tədbirdə təhsil naziri Emin Əmrullayev, Azərbaycan Dövlət Neft Sənaye Universitetinin rektoru Mustafa Babanlı iştirak edib. Fransanın Strasburq Universitetinin prezidenti Mişel Deneken isə mərasimə virtual şəkildə qoşulub.
Tədbir zamanı çıxış edən təhsil naziri UFAZ-ın əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib və məzunları təbrik edib. Daha sonra Emin Əmrullayev UFAZ-ın ilk məzunlarına hər iki universitetin diplomlarını təqdim edib və məzunlara uğurlar arzulayıb.
Qeyd edək ki, məzunların bir hissəsi dünya reytinqli universitetlərdə təhsillərini davam etdirir. Məzunların digər hissəsi isə dövlət müəssisələrində və özəl sektorda əmək fəaliyyətinə başlamışdır.
3 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
3 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
3 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
3 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
3 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
3 il əvvəl