SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
SABAH məzunu Gənclər üçün Prezident Mükafatina layiq görülüb
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq ixtisası üzrə SABAH qruplarının məzunu Masər Həsənov Gənclər üçün Prezident Mükafatina layiq görülüb.
“Bakı Oskar Festivalı-1”də “ən yaxşı ssenari”, “Bakı Oskar Festivalı-2” də isə “ən yaxşı sənədli film” nominasiyaları ilə təltif olunan Masər Həsənovun çəkdiyi “Dejavu” filmi Türkiyə, Rusiya və Rumıniyada keçirilən festivallarda iştirak edib. “Dejavu” filmi eyni zamanda Azərbaycanda keçirilən beynəlxalq “START” film festivalında “jürinin rəğbəti” nominasiyasına layiq görülüb.
Kinematoqrafiyaçılar İttifaqının “Rasim Ocaqov adına təqaüd”çüsü olmuş məzun "Sevgi naminə" qısametrajlı bədii filmi ilə "9th Independent International Internet Short Film Festival"da iştirak edib və birinci dərəcəli laureat seçilib.
Qeyd edək ki, görkəmli kinorejissor, xalq atisti Eldar Quliyevin tələbəsi olan Masər Həsənov hazırda ADMİU-nun magistratura pilləsində kiino rejissorluğu təhsil alır.
7 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl