SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Peşə təhsili sahəsində Böyük Britaniya təcrübəsi öyrənilir
“British Council” təşkilatının dəstəyi ilə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin və ixtisaslaşmış peşə təhsili müəssisələrinin nümayəndələri üçün Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının London şəhərinə təlim səfəri təşkil olunub.
“Bacarıqların inkişafı” mövzusunda təşkil olunan təlim səfəri Təhsil Nazirliyi ilə “British Council” təşkilatı arasında bağlanılmış əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilir.
Təlim səfərinin əsas məqsədi peşə təhsili sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsidir.
Təlim səfəri çərçivəsində peşə təhsili, milli kvalifikasiyalar sistemi, işəgötürənlərlə tərəfdaşlığın qurulması, peşə təhsili müəssisələrinin idarəedilməsi, büdcədənkənar maliyyə mənbələrinin müəyyən edilməsi və idarəolunması, innovasiya və sahibkarlıq düşüncə tərzinin təşviqi, sektor şuraları, karyera mərkəzlərinin fəaliyyəti və iş yerində təcrübənin təşkili ilə bağlı Böyük Britaniya təcrübəsi öyrəniləcək.
7 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl