SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Aprelin 14-də təhsil naziri Misir Mərdanov Şimali Kipr Türk Respublikasının Doğu Akdəniz Universitetinin rektoru Abdullah Öztoprağın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Aprelin 14-də təhsil naziri Misir Mərdanov Şimali Kipr Türk Respublikasının Doğu Akdəniz Universitetinin rektoru Abdullah Öztoprağın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Qonaqların Azərbaycana gəlişindən məmnunluğunu ifadə edən nazir iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətlərindən söz açıb. Nazir Doğu Akdəniz Universitetinin Azərbaycandakı ali təhsil müəssisələri ilə əlaqələrinin yaradılması, birgə elmi konfransların keçirilməsi, ölkəmizin təhsil işçilərindən ibarət olan nümayəndə heyətinin qeyd olunan universitetlə tanışlıq üçün həmin ölkəyə səfər etməsinin önəmli olduğunu vurğulayıb.
Doğu Akdəniz Universitetinin rektoru Abdullah Öztoprak öz növbəsində rəhbəri olduğu ali təhsil ocağı barədə nazirə məlumat verərək qeyd edib ki, hazırda burada 37 azərbaycanlı tələbə təhsil alır və 10-dək müəllim müxtəlif ixtisaslar üzrə çalışır. Sonra qonaq Doğu Akdəniz Universitetinin tarixi, mövcud olan ixtisaslar barədə danışıb, habelə, ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinin xüsusi əhəmiyyəti olduğunu vurğulayıb.
Görüşdə Doğu Akdəniz Universiteti ilə ölkəmizdə fəaliyyət göstərən müvafiq kollec və bir neçə ali təhsil müəssisəsi arasında müxtəlif istiqamətdə əlaqələrin qurulması, azərbaycanlı tələbələrin həmin universitetdə təhsil alması və bu işin həyata keçirilməsi barədə geniş fikir mübadiləsi aparılıb.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl