SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Təhsil Nazirliyinin “Təhsil” Respublika İdman Mərkəzinin məktəblilərdən ibarət komandası aprelin 4-dən 12-dək Yunanıstanın Saloniki şəhərində keçirilən şahmat üzrə məktəblilər arasında Avropa çempionatında iştirak edib.
24 komandanın qatıldığı çempionatda 3 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan komandamız I yeri tutub.
Şəxsi hesabda şahmatçılarımız aşagıdakı nəticələri göstəriblər:
I YER
1. Xələfova Nərmin - Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq - Gənclər Şahmat Məktəbinin yetirməsi (16-17 yaş qrupu üzrə)
2. Piriverdiyev Aqil - Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq - Gənclər Şahmat Məktəbinin yetirməsi (14-15 yaş qrupu üzrə)
3. Əsədli Vüqar - Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq - Gənclər Şahmat Məktəbinin yetirməsi (8-9 yaş qrupu üzrə)
II YER
4. Bağırova Xatın - Ucar Rayon Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsi (12-13 yaş qrupu üzrə)
5. Kazımova Nərmin - Bakı Şəhəri 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsi (16-17 yaş qrupu üzrə)
6. Fətəliyeva Ülviyyə - Gəncə Şəhəri İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsi (14-15 yaş qrupu üzrə)
Onu da qeyd edək ki, “Təhsil” Respublika İdman Mərkəzinin direktor müavini, beynəlxalq dərəcəli hakim İbrahim Məmmədov həmin yarışda hakim kimi təmsil olunub.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl