• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Respublika Yaradıcılıq Festivalının keçirilməsinə dair təlim

Təhsil, Mədəniyyət, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birgə təşkilatçılığı ilə cari tədris ili ərzində keçiriləcək Məktəblilərin Respublika Yaradıcılıq Festivalı çərçivəsində maarifləndirici təlimlərə start verilib.

Bakı şəhəri 20 nömrəli məktəb-liseydə Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşları tərəfindən keçirilən təlimlərə ilk olaraq Bakı-Abşeron zonasını əhatə edən ümumtəhsil məktəbləri və Uşaq-Gənclər İnkişaf mərkəzlərindən 300 nəfərdən artıq  müəllim cəlb olunub.

Təlimdə bildirilib ki, festivalın əsas məqsədi məktəblilərdə yeni növ texnologiyalardan istifadə edərək yaradıcı təfəkkür və açıq düşüncə tərzini formalaşdırmaq, onları gələcək peşə seçimi imkanları ilə təmin etməkdən ibarətdir. Həmçinin festivala daxil olan “Ekoloji yönümlü və enerji effektli məktəb” və “Məktəblilərin dram, təsviri və dekorativ-tətbiqi sənət üzrə respublika müsabiqələri” haqqında iştirakçılara ətraflı məlumat verilib.  

Ümumilikdə 9 zona üzrə keçirilməsi nəzərdə tutulan təlimlərin əsas məqsədi festivalda iştirak edən ümumtəhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin iştirakçılarını bu tədbir haqqında maarifləndirməkdir.

Növbəti təlimlərin yanvar ayının ortalarında Quba-Xaçmaz zonasını əhatə edən ümumtəhsil məktəblərinin və uşaq-gənclər inkişaf mərkəzlərinin müəllimləri üçün keçirilməsi planlaşdırılır.

Festivalda respublikanın bütün ümumi təhsil müəssisələri şagirdlərinin iştirakı nəzərdə tutulur.


7 il əvvəl