SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Peşə təhsili müəssisələrinə direktor müavinlərinin işə qəbuluna başlanılır
Cari ildə peşə təhsili müəssisələrinə direktor müavinlərinin işə qəbulu ilk dəfə olaraq mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə həyata keçiriləcək.
Müsabiqə peşə təhsili müəssisələrinin vakant olan tədris-istehsalat işləri, təlim-tərbiyə işləri və inzibati-təsərrüfat işləri üzrə direktor müavini vəzifələri üzrə 3 mərhələli şəkildə aparılacaq. Müraciətlərin qeydiyyatı 14 - 21 aprel tarixlərində https://portal.edu.az/ elektron müraciət portalı vasitəsi ilə həyata keçiriləcək. Portal elektron müraciətlərin ünvanlanması, müraciət sənədlərinin təqdim edilməsi, müsabiqə və müsahibə mərhələlərinə dəvət və nəticələr barəsində məlumatlandırma üçün nəzərdə tutulub.
Müsabiqə elektron әrizәlәrin qәbulu, test imtahanı və müsahibә mәrhәləsindən ibarətdir.
Aşağıda göstərilən meyarlar üzrə tələblərə cavab verən şəxslər vakant olan vəzifələrə müraciət edə bilərlər:
· Tədris-istehsalat üzrə direktor müavini vəzifəsi üzrə: Ali pedaqoji və yaxud müəssisənin profilinə uyğun ixtisas və idarəetmə sahəsi üzrə ali təhsil, 3 ildәn az olmayaraq ixtisasına uyğun sahədə əmək stajı və ya pedaqoji stajı;
· Tərbiyə işləri üzrə direktor müavini vəzifəsi üzrə: Ali təhsil, pedaqoji sahədə 3 ildən az olmayaraq əmək stajı;
· İnzibati-təsərrüfat işləri üzrə direktor müavini vəzifəsi üzrə: Ali və ya orta ixtisas təhsili, inzibati-təsərrüfat işlərində təcrübə.
Qeyd edək ki, seçim zamanı müvafiq vəzifə üzrə iş təcrübəsi və idarəçilik bacarıqlarının olması ümumi meyar olaraq qiymətləndiriləcək.
3 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
2 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
2 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
2 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
2 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
2 il əvvəl