• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

"Biz zəfər qazandıq!” rəsm müsabiqə-sərgisi davam edir

 “Biz zəfər qazandıq!” adlı respublika onlayn rəsm müsabiqə-sərgisi davam edir. Müsabiqə-sərgi ümumtəhsil məktəblərinin şagirdləri (incəsənət təmayüllü məktəb və liseylər istisna olmaqla) və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında Təhsil Nazirliyi 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

 

Rəsm müsabiqə-sərgisi təsviri sənət nominasiyası üzrə 3 yaş (6-9, 10-13, 14-17) qrupunda keçirilir. Hər yaş qrupu üzrə I, II, III və həvəsləndirici yerlərə layiq görülən iştirakçılar Təhsil Nazirliyinin diplom və hədiyyələri ilə təltif olunacaq, qalib işlər sosial şəbəkələr və kütləvi informasiya vasitələrində geniş işıqlandırılacaq.

 

Müsabiqə üzrə tələblər aşağıdakılardır:

- Rəsm müsabiqə-sərgisinə hər bir iştirakçı yaş qrupu üzrə 1 rəsm işi göndərə bilər;

- 2 və daha çox iştirakçının hazırladığı işlər qəbul edilmir;

- Rəsm əsərlərinin işlənmə texnikası sərbəstdir və müxtəlif texniki vasitələrlə (akvarel, quaş, yağlı boya, akril, pastel, flomaster, marker, rəngli karandaşlar və s.) işlənilə bilər;

- Rəsmlərin çəkilməsi zamanı ölçülərə məhdudiyyət qoyulmur;

- İnternet və digər oxşar resurslardan köçürülmüş məzmunda olan rəsmlər qəbul edilmir;

- İşlər təqdim edilərkən müəllif haqqında ətraflı məlumat - adı, soyadı, atasının adı, təvəllüdü, oxuduğu məktəb, sinif, məşğul olduğu müəssisə və əlaqə vasitəsi qeyd olunmalıdır. 

 

Rəsm müsabiqə-sərgisi 3 mərhələdə keçirilməklə aşağıdakı mövzuları əhatə edir:

- Ordumuzun qazandığı nailiyyətlər;

- Qarabağın tarixi abidələri, zəngin təbiəti;

- Qəhrəmanlarımızın rəşadəti.

 

I mərhələ - 1-22 aprel 2021-ci il. Respublikada fəaliyyət göstərən hər bir ümumtəhsil məktəb və uşaq-gənclər inkişaf mərkəzinin təşkilat komitəsi tərəfindən hər yaş qrupu üzrə seçilmiş 1 rəsm işi incesenet.art@list.ru  elektron poçt ünvanına göndərilməlidir.

 

II mərhələ - 22–27 aprel 2021-ci il. Münsiflər heyəti tərəfindən işlər qiymətləndirilir və qaliblər müəyyənləşdirilir. Təqdim edilən işlər meyarlar üzrə 5 bal ilə qiymətləndirilir.

 

III  mərhələ - 30 aprel 2021-ci il. Rəsm müsabiqə-sərgisində qalib olmuş rəsm əsərlərindən ibarət sərgi təşkil olunacaq.

 

Müsabiqə ilə bağlı sual yarandığı halda +994 12 597 13 42 və +994 50 497 97 55 telefon nömrələri ilə əlaqə saxlanıla bilər.

 

Qeyd edək ki, müsabiqə-sərgisinin məqsədi böyüməkdə olan gənc nəsildə vətənə, torpağa məhəbbət hissinin artırılması və hərbi-vətənpərvərlik ruhunun təbliği, uşaq və gənclərin yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi və asudə vaxtlarının səmərəli təşkili, istedadlı uşaq və gənclərin aşkar edilməsi, həmçinin Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın əziz xatirəsinin ehtiramla yad edilməsindən ibarətdir.

 


3 il əvvəl