SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
“İstedadlı şagird üçün istedadlı müəllim” adlı müsabiqə keçirilib
Dekabrın 15-də Təhsil İnstitutunun təşkilatçılığı ilə “İstedadlı şagird üçün istedadlı müəllim” müsabiqəsi keçirilib. Kimya Biologiya təmayüllü Respublika Liseyi və “Zəngi” Liseyində keçirilən müsabiqədə Bakı şəhəri və ölkəmizin bütün bölgələri əhatə olunmaqla 1500-dən çox müəllim iştirak edib.
Müsabiqə beş fənn - riyaziyyat, fizika, kimya, biologiya və informatika üzrə keçirilib. Müsabiqənin ümumi mükafat fondu 15 000 manatdır. Hər bir fənn üzrə I yerin qalibinə 1500 manat, II yerin qalibinə 1000 manat, III yerin sahibinə isə 500 manat mükafat veriləcək.
Müsabiqənin məqsədi ümumi təhsil müəssisələrində çalışan müəllimlərin istedadlı şagirdlərlə bağlı fəaliyyətlərə daha yaxından cəlb edilməsi, həmin şagirdlərlə işləyəcək pedaqoji kollektivin müəyyənləşdirilməsi, müəllimlərin müxtəlif layihələrdə iştirakı təmin olunmaqla pedaqoji və akademik bacarıqlarının inkişafının təmin edilməsidir.
Müsabiqə “Kapital Bank”ın baş sponsorluğu ilə keçirilib.
7 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl