• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Melburn Universitetinin fəxri professoru “Yeni çağırışlar”da

2 aprel saat 12:00-da “Yeni çağırışlar” onlayn müzakirə proqramının növbəti buraxılışı yayımlanacaq. Budəfəki buraxılışın qonağı Melburn Universitetinin fəxri professoru, Avstraliya Tədris və Məktəb Liderləri İnstitutunun direktoru, bestseller müəllifi Con Həttidir. Proqramı qeyd edilən tarixdə Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən Azərbaycan dilinə tərcümə ilə canlı izləyə bilərsiniz.

 

Təhsil Nazirliyinin dəstəyi və "T-Network" təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə davam edən “Yeni çağırışlar”da görünən öyrənmə və dəyişiklik üçün məktəb modeli haqqında danışılacaq.

 

Con Həttinin bestseller sayılan “Görünən öyrənmə” kitabı şagirdlərin öyrənməsinə təsir edən amilləri ortaya qoyur. 800-dən çox meta-analizin sintezindən formalaşan kitab 3 yüz milyondan çox şagirdin qatıldığı 100 mindən çox tədqiqatı əhatə edir. Bu, dünyanın ən böyük tədqiqatı sayılır və dəyişiklik üçün məktəb modeli adlanır. Con Hətti 1000-dən çox elmi məqalənin müəllifi, 200 dissertasiyanın və 52 kitabın elmi rəhbəridir. Onun tədqiqatları öyrənmə, öyrətmə və ölçmə modellərini əks etdirir. O, həmçinin Hətti Ailə Fondunun prezidentidir.

 

Qeyd edək ki, “Yeni çağırışlar”ın əvvəlki qonaqları dünyaca məşhur "Khan Academy"nin qurucusu və CEO-su Sal Khan, Nobel Sülh mükafatçısı, professor Məhəmməd Yunus, tanınmış təhsil tədqiqatçısı və yazıçı Dr. Özgür Bolat, dünyaca məşhur finlandiyalı professor Pasi Sahlberg, Harvardlı alim, Harvardakı Dəyişiklik üzrə liderlik qrupunun rəhbəri Toni Vagner, Türkiyə Təhsil Dərnəyinin prezidenti Səlcuq Pəhlivanoğlu olub. "Yeni çağırışlar” müzakirə proqramı haqqında ətraflı məlumatla T-network-un "Facebook" səhifəsindən (https://www.facebook.com/tnetwork.az) tanış ola bilərsiniz.


3 il əvvəl