• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Teledərsləri televiziyadan kənar izləmək imkanı

Təhsil Nazirliyi tərəfindən “Dərs vaxtı” proqramına televiziya ekranı qarşısında baxa bilməyən şagirdlər üçün alternativ imkanlar təqdim edilir.

 

Belə ki, teledərslərə ekran qarşısında baxa bilməyənlər və ya yenidən izləmək istəyənlər keçirilmiş dərsləri 29 mart tarixindən etibarən video.edu.az portalından və "Dərs vaxtı"nın rəsmi "Facebook" səhifəsindən izləyə bilərlər. 

 

Həftə içi 5 gün saat 10:00-dan 18:00-dək teledərslər “Mədəniyyət” və “ARB Günəş” telekanalları ilə yanaşı "Dərs vaxtı"nın "Facebook" səhifəsi (www.facebook.com/dersvaxti.edu.az) üzərindən canlı yayımlanacaq. Daha sonra isə siz həmin dərsləri səhifənin “Videolar” bölməsindən tapa bilərsiniz. Əlavə olaraq, video.edu.az portalı da sizin xidmətinizdədir. Burada videodərslər bütün siniflər üzrə yerləşdirilib. Həmçinin, məktəbdənkənar fəaliyyət və məktəbəhazırlıq dərsləri də portalda mövcuddur.

 

Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir.


3 il əvvəl