• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Direktorların işə qəbulu üzrə test imtahanları başa çatıb

Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi başa çatıb. Bu mərhələdə ilk dəfə rekord sayda 2683 namizəd iştirak edib.
 

İmtahan zamanı namizədlərə 90 dəqiqə müddətində təhsil qanunvericiliyi üzrə 25, məntiq üzrə 20, əmək qanunvericiliyi üzrə 15 test tapşırığı təqdim edilib. Namizədlər bütün mərkəzlərdə hər imtahan seansı başa çatdıqdan sonra 10 dəqiqə ərzində onlara təqdim olunan test tapşırıqlarının düzgün və yanlış cavabları ilə tanış olublar.

 

Namizədlər arasında ən yüksək nəticəni (55 bal) Şəki rayon Köndələn kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Aytən Yusifova əldə edib.

 

Nəzərinizə çatdırırıq ki, namizədlər şəxsi səhifələrində “Test tapşırıqlarına bax” xanasına daxil olmaqla fin kod və iş nömrəsini yazdıqdan sonra onlayn sınaq imtahanında olduğu kimi onlara təqdim olunan test tapşırıqları və cavablarla tanış ola bilərlər. Yaxın günlərdə namizədlərin imtahan nəticələrinin ətraflı təhlili ilə bağlı şəxsi səhifələrinə məlumat göndəriləcək.

 

Dövlәt ümumi tәhsil müәssisәlәrinin direktoru vәzifәsinә keçid balı namizədlәrin test imtahanında göstәrdiyi nәticәlәr vә vakansiyaların sayı nәzәrә alınmaqla müәyyәn ediləcək.

 

Qeyd edək ki, direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir. Müsabiqəyə 623 vakant yer çıxarılıb. Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji staja malik olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.


3 il əvvəl