• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Qurultay çərçivəsində dövlət təltifləri təqdim olunub

Azərbaycan müəllimlərinin XV qurultayı davam edir. Qurultay çərçivəsində ölkə Prezidentinin sərəncamlarına əsasən «Əməkdar müəllim» fəxri adı və «Tərəqqi» medalı ilə təltif olunmuş 127 təhsil işçisinə dövlət təltiflərinin təqdimetmə mərasimi keçirilib.

Təhsil naziri Ceyhun Bayramov təltif edilən müəllimləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Nazir son 5 ildə təhsil sahəsində ən mühüm nailiyyətin müəllim nüfuzunun artırılması olduğunu deyib. Nazir qeyd edib ki, müəllimlərin diaqnostik qiymətləndirilməsi, yeni əməkhaqqı sisteminin tətbiqi, məktəblərin infrastrukturunun yenilənməsi müəllim peşəsinin nüfuzunun əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Bunun nəticəsində qəbul imtahanlarında yüksək bal toplayaraq müəllim ixtisasını seçənlərin sayı 2090 nəfərə çatıb, bu isə ötən illə müqayisədə 53,6 faiz, 2013-cü illə müqayisədə 2,3 dəfə artım deməkdir.

Ceyhun Bayramov onu da vurğulayıb ki, son 3 ildə müəllim olmaq istəyənlərin sayı 3 dəfə artıb. Son beş ildə 18136 müəllim işə qəbul olunub. Onlardan kənd məktəblərində fəaliyyətə başlamış 11600 nəfərə həvəsləndirmə tədbirləri tətbiq edilib. Bütün bunlar müəllimlər arasında sağlam rəqabəti, motivasiyanı gücləndirib, təhsilin keyfiyyət göstəricilərinin əhəmiyyətli şəkildə yüksəlməsinə səbəb olub.

Sonra müəllimlərə dövlət təltifləri təqdim edilib.

Qurultay panel müzakirələrlə işini davam etdirir.


7 il əvvəl