• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Azərbaycan müəllimlərinin XV qurultayı davam edir

Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin XV qurultayı keçirilir.

Qurultayda çıxış edən Baş nazirin müavini Əli Əhmədov son illər təhsil sahəsində ciddi islahatların həyata keçirildiyini və qarşıda mühüm vəzifələrin dayandığını qeyd edib. Əli Əhmədov bildirib ki, insanın formalaşmasında valideynlərlə yanaşı, müəllimlərin böyük rolu var. Azərbaycan müəllimləri bu işi şərəflə görürlər. Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətdə müəllimlərə, məktəblərə yüksək qiymət verilməsi, təhsilin inkişafı dövlətin əsas prioritet məsələlərindən biridir.

Daha sonra çıxış edən Milli Məclis sədrinin müavini Bahar Muradova qeyd edib ki, «Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbulundan ötən beş il ərzində təhsil sahəsində böyük işlər görülüb. Bahar Muradova bildirib ki, Azərbaycanda təhsil sahəsinə qoyulan sərmayə insan kapitalının formalaşmasına, gələcəyimizin yüksək inkişafına və yeni kadrların yetişdirilməsinə investisiyadır. Bu investisiya artıq özünü doğrultmaqdadır.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov qeyd edib ki, Azərbaycan elm və təhsil ölkəsi kimi tanınır. Muxtar Respublikada  2018-ci ildə 7 tam orta məktəb binasının istifadəyə verildiyini deyən Rəhman Məmmədov 4 məktəbin tikintisinin davam etdirildiyini bildirib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyev vurğulayıb ki, hər bir ölkənin gələcəyi təhsil sisteminin uğuru ilə ölçülür. Azərbaycan təhsilinin inkişaf göstəriciləri bu sahədə geniş islahatlar aparıldığını əyani sübut  edir.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə diqqətə çatdırıb ki, rəqabət qabiliyyətli mütəxəssis hazırlığı dövlət siyasətinin prioritet istiqamətini təşkil edir. Məleykə Abbaszadə DİM-in keçirdiyi imtahanlarda müəllimlərin yaxından iştirak etdiyini, 1101 nəfərin əməyinin qiymətləndirildiyini qeyd edib.

Qurultayda çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, McKinsey şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Kadir Sinan Köksoy, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyev, gənc müəllim Nigar Əliyeva təhsil sahəsində qazanılan uğurlar, müəllim nüfuzunun artırılması, regionlarda təhsilin keyfiyyətinin yüksəldilməsi üzrə atılan addımlardan danışıblar.

Qurultay öz işini panel müzakirələrlə davam etdirir. Panel müzakirəlrə "Ümumi təhsil: bu günə və gələcəyə baxış. Ümumi təhsilin məzmunu", "Ümumi təhsil: bu günə və gələcəyə baxış. Şagird nailiyyətlərinin qiymətləndirilməsi", "Ümumi təhsil: bu günə və gələcəyə baxış. Müəllim və cəmiyyət", "Ümumi təhsil: bu günə və gələcəyə baxış. Ümumi təhsilin idarə olunması", "Peşəyönümü işinin təşkili və peşə təhsilinin təbliği", "Ali təhsil: mövcud vəziyyət, perspektivlər", "Təhsildə innovasiyalar" mövzularında aparılacaq.

Azərbaycan müəllimlərinin ilk qurultayı 1906-cı ildə keçirilib. Qurultay ənənəvi olaraq 5 ildən bir keçirilir. Müstəqillik dövründə Azərbaycan müəllimlərinin 4 qurultayı keçirilib. Bu il keçirilən qurultay Azərbaycan müəllimlərinin sayca 15-ci, müstəqillik dövründə 5-ci qurultayıdır.


7 il əvvəl