• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“Qarabağ abidələri” adlı respublika müsabiqəsi davam edir

“Qarabağ abidələri” respublika onlayn rəsm və əl işləri müsabiqəsi davam edir.

 

Müsabiqə 3 yaş qrupu (8-10, 11-14,15-17), “Rəsm” və “Əl işləri (maketlər)” nominasiyaları üzrə ümumtəhsil məktəblərinin şagirdləri və məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında keçirilir. Müsabiqəyə rəsm, tətbiqi sənət və əl işləri sahələri üzrə müəllimlər də dəvət olunur.

 

Müsabiqə 3 mərhələdə keçilir:  

 

I mərhələ - 22 fevral - 31 mart 2021-ci il. Bu mərhələdə təhsil müəssisələrinin təşkilat komitələri tərəfindən hər yaş qurupu üzrə seçilmiş iştirakçıların, eləcə də müsabiqəyə qatılan müəllimlərin rəsm və əl işlərinin fotosu qarabagh.abideleri2021@gmail.com elektron ünvanına göndərilməlidir. Müsabiqənin əsasnaməsinə uyğun olaraq, 1 iştirakçı 1 nominasiya üzrə iştirak edə bilər.

 

II mərhələ - 1 - 10 aprel 2021-ci il. Bu mərhələdə münsiflər heyəti tərəfindən hər yaş qrupu üzrə qaliblər müəyyənləşdirilir. 

 

III mərhələ - 22 aprel 2021-ci il. Yekun mərhələdə hər yaş qrupu üzrə bir iştirakçı və bir müəllim Qran-pri mükafatı ilə, qaliblər diplom və sertifikatlarla təltif olunacaq, qalib işlər sosial şəbəkələr və kütləvi informasiya vasitələrində geniş işıqlandırılacaq.

 

Müsabiqə ilə bağlı sual yarandığı halda +994124215466 və +994124214191 telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

 

Qeyd edək ki, müsabiqə Təhsil Nazirliyinin dəstəyi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilir. Onlayn platformada təşkil olunan müsabiqənin keçirilməsində məqsəd uşaq və gənclərdə doğma vətənə, torpağa məhəbbət hissini artırmaq, milli-mənəvi dəyərlərimizi təbliğ etmək, Qarabağ abidələrini gənc nəslə tanıtdırmaq, istedadlı uşaqları üzə çıxarmaq və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməkdən ibarətdir.


3 il əvvəl