• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil nazirinin müavini Firudin Qurbanov tacikistanlı həmkarı ilə görüşüb

Oktyabrın 25-də təhsil nazirinin müavini Firudin Qurbanov VI Bakı Beynəlxalq Humanitar Forumda iştirak etmək məqsədi ilə Bakıda səfərdə olan Tacikistanın təhsil nazirinin müavini Fathiddin Usmonzadə ilə görüşüb.

Görüş zamanı Azərbaycan Respublikası ilə Tacikistan arasında təhsil sahəsindəki mövcud əlaqələr, gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub, həmçinin hər iki ölkədə aparılan təhsil islahatları haqqında məlumat mübadiləsi edilib.


7 il əvvəl