• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“Sağlam təhsil” məktəbəhazırlıq qruplarına mediatur

Oktyabrın 25-də Bakı şəhəri 26 nömrəli tam orta məktəbdə bu il ilk dəfə təşkil edilən “Sağlam təhsil” məktəbəhazırlıq qruplarına mediatur keçirilib.   

Media nümayəndələrinə məlumat verilib ki, cari tədris ilində 15 məktəbdə 21 “Sağlam təhsil” məktəbəhazırlıq qrupu yaradılıb. Bildirilib ki, layihənin məktəbəhazırlıq qruplarında tətbiqində əsas məqsəd beşyaşlı uşaqların tələb və imkanlarını nəzərə almaqla onların fiziki inkişafı, təlim və təhsili prosesinin təşkilidir. Sağlam təhsil elementlərinin məktəbəhazırlıq dövründən başlayaraq tətbiqi uşaqlarda məktəbə müsbət emosional münasibətin möhkəmləndirilməsi və inkişafına kömək göstərəcək, məktəb təliminə hazırlıqla bağlı psixoloji dayanıqlığı artıracaq.

Daha sonra media nümayəndələri tədris prosesi ilə tanış olublar. Qeyd olunub ki, “Sağlam təhsil-sağlam millət” layihəsi çərçivəsində ümumilikdə 39 məktəbdə 182 “Sağlam təhsil” sinfi təşkil edilib. “Sağlam təhsil” siniflərində tədris hərəkətli təlim şəraitində həyata keçirilir. Şagird masaları həm oturaraq, həm də ayaqüstə çalışmaq imkanı verir. “Sağlam təhsil” siniflərində aparılan tibbi monitorinq bu siniflərdə tətbiq edilən texnologiyaların uşaqların sağlamlığına müsbət təsir etdiyini aşkara çıxarıb. Eyni zamanda belə siniflərdə təhsil alan şagirdlərin fiziki və intellektual cəhətdən daha yaxşı inkişaf etdiyi, onların öyrənmə qabiliyyətinin, habelə emosional-psixoloji durumunun yüksəldiyi müəyyən edilib.

Qeyd edək ki, “Sağlam təhsil-sağlam millət” layihəsinin tətbiqinə 2014-2015-ci dərs ilindən başlanılıb. Layihənin əsas məqsədi təhsilalanların təlim nailiyyətlərini yüksəltməklə yanaşı, tədris şəraitindən irəli gələn hərəkət məhdudiyyətini və digər amilləri aradan qaldırmaq, onların sağlamlığını qorumaqdan ibarətdir. İndiyədək layihə 3500-ə qədər məktəblini əhatə edib.


7 il əvvəl