SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Rusiyalı uşaqlar 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində
Oktyabrın 19-da Heydər Əliyev Fondunun dəvəti ilə Bakıya gələn Rusiyanın “Naş dom” ailə tərbiyəsinə dəstək mərkəzinin sakinləri Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində qonaq olublar.
Valideyn himayəsindən məhrum uşaqlar üçün mərkəzdə çoxlu ustad dərsləri təşkil olunub.
Məktəblilər rəsm çəkib, elmi laboratoriyada müxtəlif təcrübələrə baxıb, açıqçalar hazırlayıblar. Qonaqlar həmçinin milli rəqs hərəkətləri öyrənib, üç ölçülü model robotlar inşa ediblər.
Müxtəlif dərnəklərdə iştirak edən qonaqlar görüşdən məmnun qalıblar.
Görüşün sonunda xatirə şəkli çəkdirilib.
7 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl