SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Peşə təhsili sahəsində Sloveniya təcrübəsi öyrənilib
“Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT) İnkişafına Avropa İttifaqının Dəstəyi” Texniki Yardım layihəsinin 3-cü komponenti çərçivəsində Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin əməkdaşları və dövlət peşə təhsili müəssisələrinin müəllim-pedaqoji heyəti Sloveniya Respublikasında təlim səfərində olublar.
Təlimin məqsədi Azərbaycanda səriştə əsaslı təlim proqramının inkişafına və həyata keçirilməsinə dəstək vermək üçün “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrasına əsasən, qeyri-formal və informal təhsil, yaşlıların təhsili, işəgötürənlərlə əməkdaşlıq, modul strukturlu səriştə əsaslı kurikulumların hazırlanması, iş yerində öyrənmə və digər istiqamətlərdə beynəlxalq təcrübələrin öyrənilməsi olub.
Səfər zamanı iştirakçılar Sloveniyanın Peşə Təhsili və Təlimi İnstitutu, bir sıra peşə təhsili müəssisələrində olub, işəgötürənlərlə görüşlərdə iştirak ediblər.
Peşə təhsili müəssiələrinə səfər zamanı iştirakçılar təhsil müəssisələrinin maddi- texniki bazası, tədris otaqları və emalatxanaları, nəzəri-praktiki təlim prosesinin birgə təşkili sistemi, təhsil proqramları ilə yaxından tanış olub, fikir mübadiləsi aparıblar.
7 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl