SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Dual peşə təhsili və təlimi pilotlarının yaradılması layihəsinin İdarəetmə Komitəsinin iclası keçirilib
Oktyabrın 5-də İsmayıllı Peşə Tədris Mərkəzində “Qəbələ, İsmayıllı və Qax rayonlarında kənd təsərrüfatı və turizm sahələrində dual peşə təhsili və təlimi pilotlarının yaradılması” (ED VET) layihəsinin İdarəetmə Komitəsinin 2-ci iclası keçirilib.
Tədbirin keçirilməsində əsas məqsəd layihə çərçivəsində görülən işlər və növbəti dövr üçün həyata keçirilməsi nəzərdə tutulan fəaliyyətlərin müzakirəsi olub.
İclasda Təhsil Nazirliyinin, Peşə Təhsili üzrə Dövlət Agentliyinin, İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşları, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) nümayəndələri, eləcə də peşə təhsili müəssisələrinin müəllim-pedaqoji heyəti iştirak edib.
Tədbirdə GİZ-in nümayəndələri tərəfindən layihənin gedişatı barədə ümumi məlumat verilib, görülən işlərə dair hesabatlar təqdim olunub.
Qeyd edək ki, layihə Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə “Azərbaycanda Peşə təhsili və təlimi mərkəzlərinin müasirləşdirilməsi” qrantı çərçivəsində GİZ tərəfindən icra olunur.
7 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl