SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Beynəlxalq Elm Olimpiadasında Azərbaycanı təmsil edəcək şagirdlərin I seçim turu keçirilib
Sentyabrın 30-da Beynəlxalq Elm Olimpiadasında Azərbaycanı təmsil edəcək şagirdlərin müəyyən edilməsi məqsədi ilə I seçim turu keçirilib. Fizika, kimya və biologiya fənləri üzrə biliklərini nümayiş etdirən şagirdlər 3 saat ərzində 45 tapşırığa cavab veriblər.
Ölkənin hər bir bölgəsindən təxminən 1200 şagirdin iştirak etdiyi I seçmə imtahanının nəticəsinə əsasən, 20 ən yaxşı şagird seçilərək hazırlıq prosesinə cəlb ediləcək. Oktyabrın sonunda isə 20 şagird arasında keçiriləcək II seçmə turun nəticəsinə görə ölkəni təmsil edəcək 6 şagird müəyyən olunacaq.
Qeyd edək ki, yeniyetmələr arasında 15-ci Beynəlxalq Elm Olimpiadası (İJSO 2018) 2-11 dekabr 2018-ci il tarixlərində Botsvana Respublikasında keçiriləcək.
Beynəlxalq Olimpiadalara Hazırlıq mərkəzlərinə şagirdlərin seçimi isə sentyabrın 29-da keçirilib. Fizika, kimya, biologiya və riyaziyyat fənləri üzrə keçirilən seçmə imtahanlarında ölkənin bütün bölgələrindən ümumilikdə 1600 şagird iştirak edib. İnformatika fənni üzrə seçim imtahanı oktyabrın birinci yarısında təşkil ediləcək.
7 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl