SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Nazir müavini IX Azərbaycan-Rusiya regionlararası forumunda iştirak edib
Sentyabrın 27-də Bakıda IX Azərbaycan-Rusiya regionlararası forumu keçirilib. Dövlət rəsmiləri, siyasi, iqtisadi və humanitar dairələrin nümayəndələrinin qatıldığı Forum çərçivəsində “Humanitar sahədə əməkdaşlığın gücləndirilməsi” adlı dəyirmi masa təşkil olunub.
Sözügedən dəyirmi masanın moderatoru qismində çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlar, habelə Rusiya Federasiyası ilə təhsil sahəsində əməkdaşlıq haqqında tədbir iştirakçılarına məlumat verib. Nazir müavini ölkəmizdə dövlət səviyyəsində rus dilinə göstərilən qayğını xüsusi qeyd edib. Daha sonra çıxış edən Orlov İqor Anatolyeviç, Rusetskaya Marqarita Nikolayevna, Malqin Artyom Vladimiroviç, Fariz İsmayılzadə, Rafiq Bayramov, İbrahim Quliyev, Ədalət Muradov təhsil, mədəniyyət, elm, gənclər siyasəti sahələrində Azərbaycan ilə Rusiya arasında əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivləri haqqında fikirlərini bölüşüblər. Dəyirmi masanın iştirakçıları iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayıblar.
Günün ikinci yarısında forumun plenar iclası keçirilib. Plenar iclasda, ilk öncə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Putin çıxış ediblər. Daha sonra Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev və Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkin, hər iki ölkənin digər rəsmi şəxsləri Azərbaycan ilə Rusiya arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlığın cari vəziyyəti ilə əlaqədar məruzələr ediblər. Plenar iclasda çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov “Humanitar sahədə əməkdaşlığın gücləndirilməsi” adlı dəyirmi masa çərçivəsində aparılmış müzakirəyə toxunub və dəyirmi masanın yekunları ilə bağlı hesabat verib.
7 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl