SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Peşə təhsili alan gənclərin əl işlərindən ibarət sərgi-müsabiqə
Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Peşə təhsili alan gənclərin sahibkarlıq fəaliyyəti sahəsində bilik və bacarıqlarının artırılmasında maarifləndirmə işinin təşkili” mövzusunda sərgi-müsabiqə təşkil olunub.
Tədbir Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi, Nizami Rayon İcra Hakimiyyəti, “Enactus Azerbaijan” beynəlxalq şirkəti, “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi, Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib. Üç gün davam edən müsabiqədə peşə təhsili alan gənclərdən ibarət komandalar “əl-elektrik qaynaqçı”, “dərzi”,”aşpaz”, “qənnadçı”, “ağac üzərində oyma” və “qrim ustası” ixtisasları üzrə əl işlərini sərgidə nümayiş etdirərək birincilik uğrunda mübarizə aparıblar.
Müsabiqənin yekun nəticəsinə və işəgötürənlərdən ibarət münsiflər heyətinin qiymətləndirməsinə əsasən, Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri “əl-elektrik qaynaqçısı” ixtisası, Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri "qrim ustası” ixtisası, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri isə “aşpazlıq” ixtisası üzrə qalib olublar.
Qaliblər kubok, diplom və qiymətli hədiyyələrlə təltif ediliblər.
7 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl