SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Şən və Hazırcavablar Klubu (ŞHK) respublika çempionatı
“Azərbaycan Şən və Hazırcavablar” klubunun “Yunior liqa” Şən və Hazırcavablar Klubu (ŞHK) respublika çempionatının yekun mərhələsi keçirilib.
Təhsil Nazirliyi, Azərbaycan Şən və Hazırcavablar Klubunun birgə keçirdiyi çempionatın əsas məqsədi ŞHK-nın ənənələrini yaşatmaq, yetişməkdə olan gənc nəslin bu istiqamətdə yaradıcı potensialını üzə çıxarmaqdan ibarətdir.
Çempionatda Bakı şəhərinin 21 ümumtəhsil məktəbini və Dağıstan Respublikasını təmsil edən komandalar yarışıb.
Finala 9 komanda vəsiqə qazana bilib. Komandaların çıxışları tanınmış incəsənət xadimlərindən, Şən və Hazırcavablar Klubunun Rusiyanın Ali liqasında çıxış edən peşəkar oyunçularından, əməkdar incəsənət xadimlərindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışmanın nəticəsinə əsasən, “Yunior Liqa”nın 2017-2018-ci ilin mövsümünün çempionu adına “Ataların qızları” (“Papinı doçkı”) komandası layiq görülüb. İkinci yeri “6 nömrəli məktəbin yığması” komandası qazanıb. Üçüncü yerin qalibi isə Dağıstan Respublikasını təmsil edən “Dağların uşaqları” (“Deti qor”) komandası olub.
7 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl