SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
“Birdən çox siqaret, amma BİR həyat”
Tələbə-könüllülər tərəfindən İçərişəhərdə 31 may – Ümumdünya Tütünsüz Gününə həsr olunmuş fləşmob keçirilib.
Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramı və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə keçirilən aksiyada könüllülər siqaretin zərərləri barədə şəhər sakinlərinə maarifləndirici məlumatlar veriblər.
Aksiya tütünün insan orqanizminə vurduğu zərər və siqaret çəkən şəxsin həm öz, həm də ətrafındakı insanların sağlamlığına ziyan vurması və insan həyatının önəmi barədə maarifləndirmə məqsədi daşıyıb.
Təhsil Nazirliyinin "Bir" Tələbə-Könüllü Proqramı ölkəmizin inkişafında böyük rol oynayan tələbə-könüllülərlə işi sistemləşdirmək, müvafiq fəaliyyəti stimullaşdırmaq üçün yaradılan uzunmüddətli proqramdır. Proqram tələbələrin karyera imkanlarının qazanmasında, dərsdənkənar asudə vaxtlarının dəyərləndirilməsində, vətəndaş məsuliyyətinin formalaşmasında mühüm rol oynayır.
Hazırda 21 ali və 16 orta ixtisas təhsili müəssisələrini əhatə edən proqram 15 000-dən artıq könüllü bazasına sahibdir. Fəaliyyət göstərdikləri iki il ərzində 150-dən çox müxtəlif səviyyəli tədbirləri müşayiət etmiş könüllülər ölkəmizin yeddi regionunda (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Lənkəran, Masallı) təmsil olunublar.
7 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl