SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Respublika fənn müsabiqəsi keçirilib
İyunun 3-də ölkənin bütün şəhər və rayonlarında 6-7-ci sinif şagirdləri arasında Respublika fənn müsabiqəsinin birinci mərhələsi keçirilib.
18 000-ə yaxın şagirdin iştirak etdiyi müsabiqənin birinci mərhələsində iştirakçılara qeyri-standart düşünmə qabiliyyətini, məntiqi təfəkkürü müəyyən edən tapşırıqlar təqdim edilib.
Şagirdlər 150 dəqiqə ərzində 50 tapşırığa cavab verməli olublar. Müsabiqənin ikinci mərhələsində məntiqi suallarla yanaşı müvafiq fənlər üzrə də tapşırıqlar veriləcək.
Respublika fənn müsabiqəsinin keçirilməsində əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə namizəd şagirdlərin müəyyən edilməsindən ibarətdir.
7 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl