• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil naziri dünya çempionatının qalibləri ilə görüşüb

Mayın 14-də təhsil naziri Ceyhun Bayramov Albaniya Respublikasının Durres şəhərində keçirilən şahmat üzrə məktəblilərin dünya çempionatında uğurlu nəticə göstərən məktəbli şahmatçılarla görüşüb.

Nazir çempionatın qızıl medalçısı Murad İbrahimlini, gümüş medalçıları Aytac Heydərovanı, Yusif Kərimlini və bürünc medalçısı İsmayıl Süleymanlını əldə etdikləri nailiyyətlər münasibəti ilə təbrik edib, bu uğurların davamlı olacağına əminliyini ifadə edib.

Görüşdə dünya çempionatının qaliblərinə Təhsil Nazirliyi tərəfindən "Təşəkkürnamə" və qiymətli hədiyyələr təqdim edilib.

Görüşün sonunda xatirə fotosu çəkilib.


8 il əvvəl