SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş yarış
“Təhsil” Respublika İdman Mərkəzinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş uşaq və yeniyetmələr arasında karate idman növü üzrə açıq çempionatı keçirilib.
Abşeron Olimpiya idman Kompleksində keçirilən yarışa 10 yaş qrupu üzrə 200-ə yaxın idmançı qatılıb.
Tədbirin bədii hissəsində Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəqs kollektivi və “Təhsil” Respublika İdman Mərkəzinin 6 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin karateçiləri nümunəvi çıxışlar edib.
Çempionatda I yeri “Təhsil” Respublika İdman Mərkəzinin 6 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin, II yeri “Təhsil” Respublika İdman Mərkəzinin 9 nömrəli Uşaq- Gənclər İdman Məktəbinin, III yeri “Cüdo 2012 Karate Klubu“ nun komandaları tutub.
Qaliblər kubok və diplomla təltif edilib.
Yarışın keçirilməsində əsas məqsəd milli dövlətçilik ənənələri barədə şagirdləri məlumatlandırmaq, perspektivli idmançıları aşkar etmək, müvafiq yaş qrupları üzrə yığma komandaları formalaşdırmaq və idmançıların oyun təcrübəsini artırmaqdan ibarət olub.
8 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl