SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
SABAH qruplarının bilik yarışı qaliblərinin mükafatlandırılma mərasimi
Aprelin 25-də Bakı Dövlət Universitetində Təhsil Nazirliyinin SABAH qrupları layihəsi çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə təşkil olunan riyaziyyat, müəllimlik və informasiya texnologiyaları üzrə bilik yarışı qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov tədbiri giriş sözü ilə açaraq ölkə Prezidenti cənab İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsindən bəhs edib və bu münasibətlə keçirilən yarışı yüksək qiymətləndirib.
Mərasimdə iştirak edən təhsil nazirinin müavini Firudin Qurbanov bilik yarışını tələbələrin tədris dövründəki inkişafında, təlim və peşə hazırlığı üzrə biliklərinin dərinləşdirilməsində və peşəkar kadr kimi yetişməsində mühüm addım kimi dəyərləndirib. Nazir müavini bilik yarışının qaliblərini təbrik edib və onlara uğurlar arzulayıb.
Sonra çıxış edən SABAH İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov və Azərbaycan Texniki Universitetinin rektor əvəzi Xaliq Yahudov yarışın tələbələrin fərdi inkişafı, dünyagörüşü, bilik və bacarıqlarının yüksəlməsi baxımından əhəmiyyətini vurğulayıblar.
Sonda qaliblərə mükafatlar təqdim olunub.
Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş riyaziyyat, müəllimlik və informasiya üzrə bilik yarışı iki mərhələ və finaldan ibarət olmaqla 8 ali təhsil müəssisəsinin 520-dək SABAH tələbəsinin iştirakı ilə keçirilib.
8 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl